Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı fərmanda qeyd edilib.
Sərəncama əsasən, Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Qeyd edək ki, Prezident təqaüdünün məbləği bundan əvvəl 275 manat olub.