Modern.az

“İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı TİKİLƏCƏK

“İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı TİKİLƏCƏK

Ölkə

25 İyul 2025, 12:29

Bakı metrosunun “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.

Modern.az-ın məlumatına görə, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.

Layihələndirmə Türkiyənin “Yüksel Proje” şirkəti tərəfindən icra ediləcək.

Qeyd edək ki, ötən gün şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək