Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında finala yüksəlib.
Modern.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda macarıstanlı Gergeli Nerpellə qarşılaşıb.
Rəqibini ipponla məğlub edən E.Hacıyev qızıl medal uğrunda qarşılaşmada Cənubi koreyalı Kim Minje ilə üz-üzə gələcək.