Modern.az

Yardımlıda küp və torpaq qəbir abidələri TAPILDI

Yardımlıda küp və torpaq qəbir abidələri TAPILDI

Ölkə

27 İyul 2025, 18:56

Yardımlıda Azərbaycan-Amerika arxeoloji ekspedisiyasının birgə apardığı araşdırmalar müsbət nəticələr verib.

 

Modern.az xəbər verir ki, Yardımlı rayonunun Urakəran kəndi ərazisində yerləşən Biləh qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində daş qutu, küp və torpaq qəbir abidələri aşkar edilib.

 

Qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında Azərbaycan-Amerika birgə ekspedisiyasının əməkdaşlığı çərçivəsində aparılır. ABŞ-nin Azərbaycandakı ekspedisiya üzvü Lara Fabian tapıntıların möhtəşəm olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək