Modern.az

Araz Əzimov İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Araz Əzimov İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Ölkə

29 İyul 2025, 09:50

Xarici işlər nazirinin müavini Araz Əzimov ilə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu arasında görüş baş tutub.

Modern.az İSNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.

M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi