2025-ci ilin 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 413 kişi, 1342 qadın müraciət edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Komitədən məlumat verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2025-ci ilin birinci yarısında 1755 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti – 235-i məişət zorakılığı mövzusunda olub.
Bundan başqa məhkəmə qərarlarının icrasına görə 193, işlə təmin olunmaya görə 92, sosial müavinətlərin verilməsi istiqamətində 84, müayinə və müalicə üçün müraciət edənlərin sayı isə 64 olub.