Modern.az

Azərbaycanda qəribə hadisə - 73 yaşında “ölü” olduğunu ÖYRƏNDİ

Azərbaycanda qəribə hadisə - 73 yaşında “ölü” olduğunu ÖYRƏNDİ

Ölkə

29 İyul 2025, 17:10

Xaçmaz sakini pensiya ilə bağlı dövlət qurumuna müraciət edən zaman qəribə hadisə ilə üzləşib.

Modern.az-ın məlumatına görə, dövlət qurumu 73 yaşlı vətəndaşa sistemdə ölü göründüyünü bildirib.

Vətəndaşa barəsində 3 noyabr 1952-ci il tarixdə vəfat etməyi ilə əlaqədar 5 noyabr 1952-ci il tarixli ölüm haqqında akt qeydinin olduğu bildirilib. 

O, ASAN XİDMƏT-ə ölüm haqqında akt qeydinin ləğvi barədə müraciət etsə də, bildirilib ki, buna ancaq məhkəmə qərar verə bilər.

Məhkəməyə təqdim edilən sənədlərdə vətəndaşın sətəlcəm səbəbindən öldüyü qeyd edilib.

Sumqayıt məhkəməsi şikayəti təmin edib və ölüm haqqında aktın ləğv edilminə qərar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi