Modern.az

Elçinlə vida - FOTOREPORTAJ

Elçinlə vida - FOTOREPORTAJ

Ölkə

4 Avqust 2025, 16:33

Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.

Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, mərhumun əsərlərinin çoxsaylı oxucuları teatrın binasına gələrək, unudulmaz nasirə son borclarını veriblər.

Mərasimdə Xalq yazıçıları Anar, Kamal Abdulla və Çingiz Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Elçin Əfəndiyevin vəfatını böyük kədər hissi ilə qarşıladıqlarını söyləyiblər.

Xalq yazıçısı Elçin Əfəndiyevin cənazəsi Gənc Tamaşaçılar Teatrının binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq böyük yazıçı Elçin Əfəndiyevin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
 

Fotolar: Mehdi Əsgərzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir