Modern.az

İrəvandan İlham Əliyev-Paşinyan görüşü barədə AÇIQLAMA

İrəvandan İlham Əliyev-Paşinyan görüşü barədə AÇIQLAMA

Ölkə

4 Avqust 2025, 17:02

Bir sıra media orqanlarında və sosial şəbəkələrdə bu həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacağı barədə iddialar yayılıb.

Qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək və sülh sazişi ilə bağlı bəyanat veriləcək.

Modern.az-ın məlumatına görə, Ermənistan hökuməti iddialara münasibət bildirib.

Hökumətin mətbuat xidməti Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edib.

“Belə səfərlər olduqda, təbii ki, rəsmi açıqlama verilir və rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda, bildiyiniz kimi, biz heç bir rəsmi açıqlama dərc etməmişik və ona görə də xahiş edirik ki, səfərlə bağlı məlumatı yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edəsiniz”, - hökumətdən "news.am"a verilən açıqlamada bildirilir.

Xatırladaq ki, liderlər arasında sonuncu görüş  iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib.

Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir