ABŞ Dövlət katibi Marko Rubio Fransa xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb.
Modern.az bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
Bildirilir ki, Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.
Diplomatlar İranın nüvə proqramını, Qəzzadakı humanitar vəziyyət, Ukraynadakı müharibə və Sudandakı münaqişə barədə də fikir mübadiləsi aparıblar.