Modern.az

Bakı və Sumqayıtda oğurluq edənlər tutuldu

Bakı və Sumqayıtda oğurluq edənlər tutuldu

Ölkə

7 Avqust 2025, 12:17

Paytaxt sakini olan bir nəfər Nəsimi rayonu ərazisində qol saatı, qızıl-zinət əşyası və pul kisəsinin oğurlanması barədə polisə müraciət edib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Z.Məmmədov saxlanılıb.

Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə ayrı-ayrı vaxtlarda iki şəhər sakininin 970 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü T.Cabbarov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir