Bir müddət “Bakı metropoliyeni”ndən "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində metronun "28 May" stansiyası qismən bağlanacağı və "28 May"dan "Dərnəgül" istiqamətində qatarların hərəkəti olmayacağı bildirilib.
Belə ki, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır.
Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq.
Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklə. Yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq. Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.
Bəzi media qurumları prosesin yay aylarında başlayacağı qeyd edilib.
Modern.az məsələ ilə əlaqədar “Bakı Metropoliteni” ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza bildirilib ki, metropoliteninin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində “Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq.
"Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək. Bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcəkdir” - deyə qurumdan qeyd olunub.