Bakı metropolitenində QR-kodla ödənişlərdə yaranan problem aradan qaldırılıb.
Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"BakıKart"ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunub. Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb. Anlayışınız üçün təşəkkür edirik", - deyə məlumatda bildirilir.
***
İctimai nəqliyyatda QR kodla ödənişdə problem yaranıb.
Modern.az-ın məlumatına görə, sərnişinlər gediş haqqını ödəmək üçün QR yarada bilməyib.
Məsələ ilə əlaqədar "Bakı Kart"la əlaqə saxladıq.
Bakı Kart Müştəri Xidmətlərindən sorğumuza cavab olaraq bildirilib ki, QR ilə bağlı mövcud problemin aradan qaldırılması üçün texniki işlər davam edir:
"Texniki komandamız problemi ən qısa zamanda həll etmək üçün çalışır".