Modern.az

“Sovetski”dən AÇIQLAMA: “Abid Şərifov dedi ki, burda 50 il də yaşaya bilərsiz”

“Sovetski”dən AÇIQLAMA: “Abid Şərifov dedi ki, burda 50 il də yaşaya bilərsiz”

4 Mart 2014, 11:29


Baş nazirin müavini Abid Şərifov dünən  Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlasa da sakinlərin əksəriyyəti bununla razılaşmır. “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev Modern.az-a bildirib ki, sakinlər gecə saat 12-yə qədər etirazlarını bildirdilər. Onun sözlərinə görə, təklif olunan kompensasiya ilə razılaşmayanlar evlərinə girmək istəmirdilər.       

“Təşkilat Komitəsi o demək deyil ki, biz sakinlərin evlərinin vəkilliyini edirik. Biz bu təşkilatı ona görə yaratdıq ki, 5000-3000 nəfərin sözünü biz onlara çatdıraq. Təbii ki, onların hamısı baş nazirin müavini ilə bir-bir görüşə bilməzdi. Abid Şərifov da bildirdi ki, hər kəs arxayın olsun ki, heç kimin qazı, işığı, suyu kəsilməyəcək. Kim 1500 manatdan razıdırsa köçə bilər. Kim ki, razı deyilsə bundan sonra da 50 il yaşaya bilər. Odur ki, onlar Təşkilta Komitəsini bunu dedilər biz də çıxıb xalqa çatdırdıq. Narazılıq gecə saat 12-ə qədər etiraz edirdilər. Bizə nə dedilər onu camaata çatdırdıq. Bundan sonra hər şey onlardan asılıdır”-deyə Namiq Quliyev bildirib.

 

Gültəkin Ələsgər    

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi