“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları AXCP-nin yerləşdiyi qərargahı sökmək istədiklərini bildiriblər. Heç bir əsas olmadan qərargahın sökülməsi əvvəlcədən planlaşdırılmışdı. Dünənki partlayış hakimiyyət tərəfindən AXCP-yə qarşı həyata keçirilmiş təxribat idi”. Bunu
Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, partlayışdan sonra FHN əməkdaşları ilə hadisə yerinə baxış aparılıb. AXCP rəsmisinin sözlərinə görə baxış zamanı binanın istifadəyə yararlı olduğu qənaətinə gəlinib. “Bizə bildirdilər ki, zirzəmidə sadəcə olaraq təmir işləri aparmaq lazımdır. Əraziyə polislər cəlb olunub ki, insanlar zorla həmin binadan çıxarılsınlar. Binanın sahibi burda olmadan söküntü işləri aparmaq qeyri-qanunidir”. Qeyd edək ki, ötən gün AXCP-nin qərargahında partlayış baş verib. Hazırda isə partiyanın qərargahı boşaldılır.
Modern.az