Modern.az

Azərbaycanda internet kiberhücuma görə kəsilib - RƏSMİ - YENİLƏNİB

Azərbaycanda internet kiberhücuma görə kəsilib - RƏSMİ - YENİLƏNİB

Ölkə

21 Avqust 2025, 16:54

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Modern.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

***

16:48

Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.

Modern.az xəbər verir ki, bu barədə barədə şirkətdən bildirilib.

"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

***

14:58

Azərbaycanda internet problemi yaşanır. 

Modern.az xəbər verir ki, problem həm provayderlərdə, həm də mobil operatorlarda qeydə alınıb.

Problemin səbəbi hələlik məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama