Modern.az

Nazirlər Kabineti işsizlərin sayını AÇIQLADI

Nazirlər Kabineti işsizlərin  sayını AÇIQLADI

4 Mart 2014, 17:20

2014-cü il yanvarın 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,2 min nəfər olub.

Modern.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı açıqladığı hesabatda bildirlir. İşsizlərin 41,5 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 286,5 manat olub. Hesabatda qeyd olunur ki, 2014-cü il yanvarın 1-i vəziyyətinə məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4757,8 min nəfər olub, onlardan 4521,2 min nəfərini iqtisadi fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. 2013-cü ildə ötən illərdəki kimi, ölkədə sosial sahələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlətin daim diqqət mərkəzində olub. Ötən dövr ərzində sosial sahələrin təhlili və inkişafı ilə başlı zəruri informasiya bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilib, əhalinin həyat səviyyəsi təhlil edilib. 

 

Rafiq Qənbərov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi