Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 500 min nəfərə sosial müavinət, 405 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 655 milyon manat, Prezident təqaüdləri üzrə 415 milyon manat ödənilib.
Bu ilin 7 ayında 94 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 816 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.