Modern.az

Şahin Mustafayev Rusiyada nələrdən danışdı?

Şahin Mustafayev Rusiyada nələrdən danışdı?

Ölkə

22 Avqust 2025, 20:27

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olub.

 

Modern.az xəbər verir ki, Həştərxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib.

 

İclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib.

 

Daha sonra hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası baş tutub.

 

İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.

 

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar.

 

Daha sonra Baş nazirin müavini Şahin Mustafayevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub.

 

Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama