Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ərazisində yanğın baş verib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Modern.az-ın məlumatına görə, yanan obyekt "Sədərək" ərazisində yerləşsə də "Sədərək" ticarət mərkəzinə aid deyil. "Super Toys" uşaq oyuncaqları şirkətinin anbarıdır.
2017-ci ildə yaradılan şirkət hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.