Modern.az

Türkiyə-Ermənistan sərhədi açılır? - Ankaradan ÖZƏL AÇIQLAMA

Türkiyə-Ermənistan sərhədi açılır? - Ankaradan ÖZƏL AÇIQLAMA

Ölkə

25 Avqust 2025, 10:49

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Erməni mətbuatında yayılan iddialara görə, sərhədlərin tezliklə açılmasına hazırlıq gedir.

Bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da mətbuata açıqlamasında da bu barədə danışıb. Paşinyan Ermənistanın birbaşa Türkiyə ilə danışıqlar apardığını bildirib.

“Ermənistan sərhədləri yalnız Türkiyə vasitəsilə deyil, müxtəlif istiqamətlərdən də açıla bilər. Mən inanıram ki, Ermənistan-Türkiyə sərhədi açılacaq”, - o qeyd edib.

Məsələ ilə bağlı Türkiyədən hələlik rəsmi açıqlama verilməyib.

Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı Yıldırım Tuğrul bildirib ki, hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində hər hansı addımlar atılmır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistandan konstitusiyaya dəyişiklik etməsini tələb edib. Bu şərt yerinə yetirildikdən sonra sülh prosesi davam edəcək. Türkiyənin Ermənistanla münasibətlərini kəsməsinin səbəbi bu ölkənin haqsız olaraq Azərbaycan torpaqlarını işğal etməsiydi. Türkiyə də buna qarşı reaksiya olaraq, Ermənistanla əlaqələrini kəsdi. Hələlik sülh prosesi tam yekunlaşmadığı üçün sərhədlərin açılmasından söhbət getmir”.

Deputatın fikrincə, Ermənistan konstitusiyasında ərazi iddiaları ilə bağlı maddələr çıxarılsa, Azərbaycanla münasibətlər normallaşar:

"Türkiyə sülh sazişinin imzalanmasının ertəsi günü münasibətləri normallaşdırar. Türkiyənin ayrıca problemi yoxdur. Sərhədlərin bağlı qalmasının ziyanını da Ermənistan özü çəkir. Qapalı yaşayırlar. Türkiyənin yumurtasından, qatığına qədər hər şeyinə möhtacdırlar, İran və ya Gürcüstandan bu məhsulları daha baha qiymətə alırlar. Əgər ağıllı olsalar, öz toplumları rifaha qovuşar. Münasibətləri düzəltməyək demirik ki...”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?