Modern.az

Siz böyük lidersiniz - Trampdan İlham Əliyevə HƏDİYYƏ

Siz böyük lidersiniz - Trampdan İlham Əliyevə HƏDİYYƏ

Ölkə

25 Avqust 2025, 18:16

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

Qeyd edək ki, Donald Tramp İlham Əliyevə verilən şəkillərin üstünə: “İlham Əliyev, Siz böyük liderisiniz”- sözlərini yazıb və imza atıb..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...