Modern.az

Bu xəstəxanalara yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Bu xəstəxanalara yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Ölkə

26 Avqust 2025, 16:01

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.

Bu barədə qurumdan Modern.az-a bildirilib. 

Belə ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcək.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru O.Əmənullayev ixtisasca terapevtdir, yeni təyinatınadək Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru B.Əhmədov ixtisasca pediatrdır və yeni təyinatına qədər TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Səfərbərlik məsələləri üzrə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.

Eyni zamanda Talıb Məmmədov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub. İxtisasca cərrah olan T.Məmmədov yeni təyinatına qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

1457501

1457502

1457503

1457504

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım