Modern.az

“Yol pulu”nun nə qədər olacağına hansı qurum qərar verir?

“Yol pulu”nun nə qədər olacağına hansı qurum qərar verir?

Ölkə

28 Avqust 2025, 13:27

İctimai nəqliyyatda gedişhaqqının məbləğinin artacağı ilə bağlı iddialar yayılıb.

Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq. 

Buna təsir edən faktorlar kimi nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir. Hələlik bu barədə rəsmi açıqlama verilməyib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov Modern.az-a açıqlamasında ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı yayılan fikirlərin ajiotaj olduğunu bildirib.

Modern.az xatırladır ki, ictimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişib.

Həmin vaxt qərar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən verilib. Qərara əsasən, ictimai nəqliyyatda tariflər bir gediş üzrə 50 qəpik olub.

Xatırladaq ki, əvvəllər metro və avtobuslarda gedişhaqqının nə qədər olacağı barədə qərarı Tarif Şurası verirdi. Ancaq bu qayda 2023-cü ildən dəyişib.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj