Azərbaycan prezidenti İlham Əliyevin İqtisad Universitetinin rektoru ilə bağlı imzaladığı sərəncam açıqlandı. Modern.az saytı xəbər verir ki, prezident sərəncamında bildirilib:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin”.
Ölkə başçısının digər sərəncamında isə bildirilib:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şəmsəddin Hümmət oğlu Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilsin".
Sərəncamlarla bağlı məlumatı Prezidentin mətbuat xidməti yayıb...
Modern.az