Azərbaycanda mövcud uzanan dəmir yolu xətlərinin ümumi uzunluğu 4225,49 təşkil edir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıdan bir sıra şəhər və rayonlara dəmir yolu vasitəsilə səyahət etmək mümkündür. Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz, Ağstafa, Qazax, Qəbələ, Ağdaş, Balakən, Göyəm, Zaqatala, Əliabad, Qorağan, Qax, Göynük, Şəki, Ağdam, Təzəkənd, Köçərli, Bərdə stansiyaları üzrə qatarlar hərəkət edir.
Əlavə olaraq qurumdan verilən məlumata görə, Azərbaycan dəmir yollarının modernləşdirilməsi və yeni marşrutların açılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, ötən həftə Bakı-Ağdam qatarı da istifadəyə verilib.