Modern.az

Bakıda tıxaclara qarşı "yol xəritəsi" hazırlanır

Bakıda tıxaclara qarşı "yol xəritəsi" hazırlanır

Ölkə

1 Sentyabr 2025, 14:40

Paytaxt Bakı şəhərində və ətraf ərazilərdə mövcud tıxac gündəlik həyatın ayrılmaz probleminə çevrilib. Yeni tədris ilinin başlanmasına az qaldığından, problemin daha da böyüyəcəyi narahatlıq doğurur. Dərs ilinin başlanması ilə Bakıda nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artıracağı ehtimal edilir.

Mövzu ilə bağlı nəqliyyat eskperti Eldəniz Cəfərov Modern.az-a  bildirib ki, paytaxt yollarında müşahidə olunan tıxacların səbəbləri çoxşaxəlidir. Onun sözlərinə görə, bunlara nəqliyyat vasitələrinin sayının sürətlə artması, yol infrastrukturunun tam yüklənməsi və parklanma qaydalarının pozulması kimi amillər daxildir.

“Nəticə etibarilə, nəqliyyatın hərəkətində yubanma baş verir, bu isə həm vaxt itkisinə, həm də yanacaq sərfiyyatının artmasına gətirib çıxarır. Artan nəqliyyat sıxlığı isə həm şəhər sakinlərinin gündəlik həyatını çətinləşdirir, həm də iqtisadi və ekoloji baxımdan ciddi fəsadlara səbəb olur”.

Nəqliyyat eksperti vurğulayıb ki, problemin aradan qaldırılması üçün 2025–2030-cu illəri əhatə edən genişmiqyaslı proqram hazırlanıb:

“Məhz bu problemləri aradan qaldırmaq məqsədilə yeni yol xəritəsi nəzərdə tutulub. Sənəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə yönəlmiş konkret tədbirlər planını özündə ehtiva edir. Proqram çərçivəsində növbəti beş il ərzində yolların genişləndirilməsi, alternativ marşrutların yaradılması, ictimai nəqliyyatın inkişafı və ağıllı nəqliyyat sistemlərinin tətbiqi nəzərdə tutulur”.

Ekspert həmçinin onu da əlavə edib ki, artıq bu istiqamətdə ilkin işlərə start verilib və proqramın icrasına dair mexanizmlər mövcuddur. Onun fikrincə, nəzərdə tutulan tədbirlərin reallaşması nəticəsində Bakı və ətraf ərazilərdə tıxacların miqyası əhəmiyyətli dərəcədə azalacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular