Modern.az

Ermənistandan Azərbaycana keçməyə çalışan şəxs saxlanıldı

Ermənistandan Azərbaycana keçməyə çalışan şəxs saxlanıldı

Ölkə

2 Sentyabr 2025, 12:47

Dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin ediləsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən xəbərə görə, sentyabrın 1-də DSX Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular