Modern.az

Laçın aeroportunda buraxılış məntəqəsi YARADILIR 

Laçın aeroportunda buraxılış məntəqəsi YARADILIR 

Ölkə

2 Sentyabr 2025, 16:51

Nazirlər Kabineti "Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. 

Modern.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular