Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 15.04.2025-ci il tarixdə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir. Müsabiqə ilə bağlı ətraflı məlumatı (//genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə etmək olar.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:
-Azərbaycan Respublikasının Konstitusiyası;
-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.