Modern.az

35 kişi məişət zorakılığına məruz qalıb - DÖVLƏT KOMİTƏSİ

35 kişi məişət zorakılığına məruz qalıb - DÖVLƏT KOMİTƏSİ

Ölkə

3 Sentyabr 2025, 16:17

2025-ci ilin 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərin 68-i psixi, 21-i iqtisadi, 207-si fiziki, 6-sı cinsi zorakılığa məruz qalıb.

Komitədən verilən məlumata görə, məişət zorakılığına məruz qalanların 35-i kişi, 286-sı qadın, 253-ü uşaq (149-u oğlan, 104-ü qız) olub:

“Kişilər daha çox psixi, bəzi hallarda iqtisadi zorakılığa məruz qalıblar. Onların müraciətləri əsasən uşaqları ilə ünsiyyət, uşaq tələbi, uşaqlara anaları tərəfindən zorakılıq edilməsilə bağlı olub”.

Dövlət Komitəsinə 2024-cü il ərzində uşaqlara qarşı törədilən zorakılıq halı ilə bağlı 455 müraciət daxil olub.

“2025-ci ilin ilk 7 ayı ərzində isə 258 müraciət qeydə alınıb. Onlardan 152-si oğlan, 106-sı qız uşaqlarına qarşı törədilmiş zorakılıq hallarıdır”,- qurumdan bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular