Modern.az

Türk dünyasının liderləri gələn ay Azərbaycana gəlir - TARİX+SİYAHI

Türk dünyasının liderləri gələn ay Azərbaycana gəlir - TARİX+SİYAHI

Ölkə

4 Sentyabr 2025, 15:12

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək.

Modern.az-ın məlumatına görə, TDT-nin rəsmi vebsaytında bildirilib ki, 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.

Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.

Görüşün gündəliyi hələlik məlum deyil. 

Qeyd edək ki, Zirvə Toplantısında üzv və müşahidəçi ölkələrin liderlərinin iştirak edəcəyi qeyd olunur.

Toplantıya aşağıdakı liderlərin qatılacağı gözlənilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

Macarıstanın Baş naziri Viktor Orban

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov (Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da dəvət edilib)

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev

Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Elnur Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular