Azərbaycan XİN Portuqaliyaya başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında deyilir.
"Biz Lissabonun Qloriya funikulyor xəttində baş verən faciəvi relsdən çıxma hadisəsindən dərin kədər duyuruq.
Həlak olanların ailələrinə və yaxınlarına ürəkdən başsağlığı verir, yaralananlara isə tezliklə tam sağalma arzulayırıq"