Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib. Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunub.
1995-ci ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini olub.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor kimi f'əaliyyət göstərib.
1999-2000-ci illərdə Bakı Dövlət Universitetində I prorektor – Tədris işləri üzrə prorektor olub
2002-2010-cu illrədə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.
2010-cu ilin fevral ayından Bakı Dövlət Universitetinə qayıdaraq beynəlxalq əlaqələr üzrə prorektor işləyib.
2013-cü ilin avqustun 15-dən bu yaxınlaradək isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, 2013-cü il dekabrın 16-da Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Həmin vaxtdan indiyədək rektorun səlahiyyətlərini Elxan Hüseynov icra edirdi.
Modern.az