Modern.az saytının XİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində səfir İranın ali rəhbərinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbrizin İmam Cüməsi, Şərqi Azərbaycan vilayətinin valisi, Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşlər keçirib.
C.Axundov həmçinin Araz Azad Ticarət Zonasında və Cameət-ül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyində olub.
Keçirilmiş görüşlər əsnasında Azərbaycanla İran arasında əməkdaşlıq və dostluğun daha da gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
İranın “Səhər” kanalının məlumatına görə isə görüşdə İran vətəndaşları üçün viza probleminin aradan qaldırılması məsələsi müzakirə olunub.
C.Axundov bildirib ki, aparılmış araşdırmalar və əlaqələrin genişləndirilməsi üçün tezliklə İran vətəndaşları üçün viza məsələsi aradan qaldırılacaq.
O, həmçinin yeni Culfa körpüsünü açılmasına görə, İran rəsmilərinə təşəkkür edib
Modern.az