Modern.az

Bu gün Azərbaycanda Daxili Qoşunlar Günüdür

Bu gün Azərbaycanda Daxili Qoşunlar Günüdür

Ölkə

12 Mart 2014, 03:28

Bu gün 23 illiyini qeyd edən Daxili Qoşunlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb.

Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb.

Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri “Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunub.   

Birinci Qarabağ savaşında Daxili Qoşunların şəxsi heyətindən 496 nəfəri şəhid olub, 268 nəfər itkin düşüb və 1166 nəfər yaralanıb.   

Daxili Qoşunların Türkiyə Respublikası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi