Prezidentliyə namizəd olub-olmayacağı suallarına davamlı olaraq 30 mart sonrasını işarə edən baş nazir Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərində əldə etdiyi müvəffəqiyyətli nəticə, "prezidentliyə namizədi olacağı" və "erkən seçkiyə" gedəcəyi şərhlərinə gətirib çıxardı.
Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Ərdoğanın bundan sonrakı “yol xəritəsi” də Çankaya köşkünü işarə edir. Ötən il dekabrın 17-dən sonra camaatla döyüşünə baxmayaraq bundan əvvəlki yerli seçkilərdəki 38,4 faizlik səsini 45,6-ya çıxaran Ərdoğanın prezidentliyə namizəd olacağı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəhlizlərində danışılır. Ərdoğanın namizəd olması halında isə baş nazirin kim olacağı həm indiki prezident Abdulla Gülün baş nazirliyi istəyib-istəməməsinə, həm də erkən seçki ilə 3-cü dövr qadağasının qalxıb-qalxmayacağına görə dəyişəcək. Erkən seçkinin də bu istiqamətdə gündəmə gələ biləcəyi iddia edilir.
AKP dəhlizlərində qısa müddət içində prezidentliyə namizədliyi ilə əlaqədar olaraq indiki prezident Gül ilə baş nazir Ərdoğanın bir araya gələcəyi vurğulanır. Məlumatda qeyd edilir ki, son müddətdə bəzi qanunlar ilə internet tənzimləmələri mövzusunda aralarında fikir ayrılığı yarandığı iddia edilən ikilinin görüşməsindən çıxacaq nəticənin AKP-nin yeni “yol xəritəsi”ni də təyin edəcək.
Dəhlizlərdə Ərdoğanın avqustda keçiriləcək seçkidə prezidentliyə namizəd olması halında Gülün AKP-nin başına keçə biləcəyi də danışılır.
Ancaq ümumi seçkilərin 2015-ci ildə keçiriləcəyi səbəbi ilə prezident seçkisinin ardından gələn müddətdəki keçiş dövründə bir başqa şəxsin baş nazirlik vəzifəsini boynuna götürə biləcəyi iddia edilir.
Ancaq Ərdoğanın, həm Gülə istiqamətli jest etmək, həm də aldığı müvəffəqiyyətli seçki nəticəsini qiymətləndirmək üçün keçiş dövrünə gərək görməyərək erkən seçkiyə gedə biləcəyi, prezident seçkisi ilə birlikdə erkən seçki keçirilə biləcəyi də danışılır.
Bu vəziyyətdə Ərdoğanın Çankaya köşkünə çıxa biləcəyi, boşluq yaşanmadan Gülün də həm partiyanın, həm də hökumətin başına keçə biləcəyi istisna olunmur.
AKP daxilində müzakirə edilən bir düstur isə erkən seçkinin prezident seçkisindən qısa bir müddət sonraya keçirilməsidir. Beləcə Çankaya köşkü seçkisinin nəticələrinə görə də yeni “yol xəritələri” təyin edə bilmək üçün imkan əldə etmiş olacaq.
Gülün təkrar AKP-nin ümumi rəhbəri ı və baş nazir olmaq istəməməsi ehtimalı da partiyada danışılır. Ərdoğanın buna baxmayaraq prezident seçilməkdə qərarlı olması halında isə AKP dəhlizlərində baş nazirlik üçün bir çox ad hallandırılır.. Bu adlar ayrıca Gül əvvəli aralıq-keçid dövrü üçün də danışılan adlar olaraq diqqəti çəkir. Bu adlar arasında baş nazir müavinləri Əli Babacan və Bülent Arınç, xarici işlər Naziri Əhməd Davutoğlu, keçmiş nəqliyyat naziri Binalı Yıldırım ilə AKP rəhbərinin müavinləri Numan Kurtuluş ilə Məmməd Əli Şahin önə çıxır.
Modern.az