Modern.az

Əkrəm Əylisli yenə aləmi qarışdırdı: “Ağsaqqal yazıçının bu cür danışmağı ayıbdır” - QALMAQAL

Əkrəm Əylisli yenə aləmi qarışdırdı: “Ağsaqqal yazıçının bu cür danışmağı ayıbdır” - QALMAQAL

4 Aprel 2014, 11:11

Yazıçı Əkrəm Əylisli “Azadlıq” radiosunun efirində İsa Muğanna (Hüseynov) və onun əsərləri barədə sərt fikirlər səsləndirib. Modern.az saytı xəbər verir ki, Ə.Əylislinin bu fikirlərinə  Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq münasibət bildirib:

“O verilişə telefonla bağlanmışdım. Təəssüflər olsun, sonra əlaqə itdi və verilişə qoşula bilmədim. Çünki verilişə telefonla qoşulan Əkrəm Əylisli İsa Muğannanın yaratdığı Muğanna ideologiyasını nağıl, ona dəyər verənləri isə milli faciə əlaməti kimi qiymətləndirdi. Üstəgəl özünü İsa Muğanna ilə dost, qardaş kimi qələmə verdi. Birinci millət anlayışını dərk edə bilməyən, Azərbaycançılıq ruhunu erməni ruhuna dəyişən Əkrəm Əylislinin İsa Muğannaya qiymət verməyə, “onun Muğanna yaradıcılığını milləti parçalamağa və dini qarışıqlıq yaratmağa xidmət edir” deməyə haqqı çatmır. Milli düşüncəni daşımayan birisinin millətin taleyindən danışmağa heç kim icazə vermir və qəbul etmir. İkinci, bu gün İsa Muğannaya olan hörməti görüb özünü onun dostu kimi təqdim etməsi ədəbdən kənardır. Özü də yaxşı bilir ki, İsa Muğanna onu qəbul etmir, yaxın da buraxmırdı. Bu haqda dəfələrlə söhbətimiz olub. Ağsaqqal yazıçının bu cür danışmağı ayıbdır”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi