Modern.az

Azərbaycan ordusu 1 zabit və 2 əsgər itirdi, 6 hərbçi yaralandı - YENİLƏNİB

Azərbaycan ordusu 1 zabit və 2 əsgər itirdi, 6 hərbçi yaralandı - YENİLƏNİB

8 Aprel 2014, 09:34


Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib. Hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Ordumuzun daha bir-neçə hərbçisinin agır yaralandığı bildirilir.
ANS-in məlumatına görə, yaralanan əsgərlərin sayı 4 nəfərdir.

***
Hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.

***

Azərbaycan Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə zamanı 6 əsgər yaralanıb, 3 hərbçi həlak olub:

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Əhmədbəylidə yerləşən hərbi hospitaldadırlar.
Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunur.
Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi