st1:*{behavior:url(#ieooui) }
Hazırda ölkədə müxtəlif adda qablaşdırılmış mineral su istehsalı ilə məşğul olan müəssisələr var. Mütəxəssislərin fikirincə, ölkədə qablaşdırılmış mineral sular heç də onların üzərindəki etiketdə yazılğı kimi keyfiyyətli deyil. Mütəxəssislər deyirlər ki, keyfiyyət baxımından qablaşdırma mineral suların çıxdığı yerin yaxınlığında həyata keçirilməlidir. Amma müşahidələr göstərir ki, bəzi müəssisələr mineral suyu bulaqdan götürərək xeyli uzaq məsafəyə daşıyır, məsələn paytaxta gətirib burada qablaşdırırlar. AMEA Geologiya İnstitutu Hidrogeologiya və mühəndis geologiyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun Modern.az-a bildirdiyinə görə, kənarda qablaşdırılan mineral sular keyfiyyətcə aşağı olur.
“Mineral sular əsasən onun çıxdığı yerdə, mənbə yaxınlığında qablaşdırılmalıdı. Çünki uzağa daşınanda həmin suyun qazının tərkibi dəyişir. Doğrudur, kənarada qablaşdırılanda həmin sulara suni qazlar vurulur. Baxmayaraq ki, həmin qazların insan orqanizmi üçün mənfi təsiri yoxdur. Amma yenə də keyfiyyət itir. Ona görə ən yaxşısı elə bulaqdan necə çıxır, o şəkildə də qablaşdırılmadır. Suyun tərkibindəki təbii qaz daha keyfiyyətlidir”.
Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov isə qeyd edib ki, Azərbaycanda qablaşdırılmış mineral su istehsal edən əksər müiəssisələr əsilində əhalini aldatmaqla məşğuldur: “Mülaciəvi sularla adi sular bir-birindən fərqlənir. Ümumiyyətlə, sular bulaq, artezan, təmizlənmiş sular kimi qruplara bölünməlidir. Bizdə suların üzərində onun növü yazılmır. Yalandan suların üzərinə “Babadağ”, “Şahdağ” sözləri yazmaqla əhalini aldadırlar. Əslində bu cür sular Bakıdan azca kənarda-Abşeronda qablaşdırılır. Bir qayda olaraq bulaq suları mənbədən 50 m kənarda qablaşdırılmalıdır. Yoxsa belə suları maşınla aparıb başqa yerdə qablaşdıranda onun adi sudan heç bir fərqi olmur. Çünki, onun tərkibi itir. Qabların üzərinə yalandan yazırlar ki, bu dağlardan gətirilən sudur. Ancaq qanlaşdırılmış bulaq sularının əksəriyyəti keyfiyyətsizdir. Mineral su adı ilə satılan sular adi sulardır, qazlaşdırıb qablaşdırır, sonra əhaliyə sırıyırlar. Adını da qoyurlar “Şahdağ suyu”. Güclü filtirdən keçən su ölü sudur. İnsan orqanizmi üçün lazım olan o maddələr filtrdə ilişib qalır. Əksinə belə sular insan orqanizmdəki kalsiumu yuyub aparır”.
Xaricdən gətirilən sulara gəlincə, Dövlət Məmmədov onların da keyfiyyət göstəricisinin çox aşağı olduğunu söyləyib: ““Borjomi”, “Yessentüki-4” , “Yessentüki-17” suları müalicəvi əhəmiyyətə malik olduğundan ancaq apteklərdə satılmalıdır. Əfsuslar olsun ki, həmin sular müxtəlif ticarət şəbəkələrinə yol tapıblar. Belə şəraitdə həmin suları uşaqlara vermək olmaz. Bu gələcəkdə sonsuzluq xəstəliyinə gətirib çıxarır ki, nəticədə genofondumuza təhlükə böyüyür. Bu suların əksəriyyətinin tərkibində ftor çatışmır. Fransa, Ukraynadan müxtəlif adda sular gətirilir. Suların üzərinə yazılır ki, “Alp dağlarında hazırlanıb”. Halbuki, bu sular heç Alp dağının üzünü görməyib. Müalicəvi sular həkim göstərişləri ilə içilməlidir. Məsələn. “Barjomi” 6 ay ərzində yalnız 10 gün qəbul edilməlidir. Əslində bu cür sular isti halda içilməlidir. Bakıda həmçinin xaricdən gətirilmə enerji içkiləri satılır. Avropada bu cür içkiləri içmirlər. İnsan ürəyinə mənfi təsir göstərir. Başqa ölkələrdən isə gətirilən limonadların üzərində harada istehsal olunduğu, tərkibi barədə heç nə yazılmır. Limonadların üzərində 1 ilə kimi istafadə müddəti yazılır. Halbuki 7 gün istifadə vaxtı olmalıdır. Onların tərkibində kimyəvi maddələr var ki, o da xərçəng xəstəliyinə səbəb olur”.
Su İstehsalçıları Birliyinin sədri yarasız sular istehsal edən müəssisələrə qarşı müəyyən tədbirlərin görülməsinin tərəfdarıdır: “İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumu müəyyən nəzarət tərbirləri görsə də, çox təssüf ki, keyfiyyətsiz, mənşəyi bəlli olmayan və yararlılıq müddəti bitmiş bütün sular satışdan tam çıxarılmır. Küçələrdə, günün altında sərinləşdirici sular satılır. Bu sular zəhərlənmələrə gətirib çıxarır. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Depatamenti buna qarşı müəyyən tədbirlər görməlidir, cərimələr tətbiq etməlidir. İndi ticarətdə özbaşınalıqdı. Kim nə istəyir onu da satır”. D.Məmmədov hesab edir ki, əhali maarifləndirilməlidir. “İndi həkimlər çıxıb televiziyalarda aparatları, dərimanları reklam edir ki, müştəri yığsınlar. Bir həkim görmədim ki, çıxıb əhaliyə müəyyən məsləhətlər versin ki, nəyi yemək, nəyi içmək olar. Ancaq bizdə həkimlər özlərinin reklamı ilə məşğul olurlar”.
Təhminə Paşayeva