Modern.az

Putin, Medvedev və azərbaycanlı jurnalist Avropa İttifaqının “Qara siyahı”sına salındı

Putin, Medvedev və azərbaycanlı jurnalist Avropa İttifaqının “Qara siyahı”sına salındı

9 Aprel 2014, 09:51

Avropa İttifaqının maliyyə sanksiyası tətbiq edə biləcəyi Rusiya vətəndaşlarının genişləndirilmiş siyahısında 107 nəfərin adı var. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın bütün siyasi rəhbərliyi, eləcə də tanınmış jurnalistlər də siyahıya daxil ediliblər. Məlumatda qeyd edilir ki, Avropa İttifaqı sanksiyanı Rusiya Ukraynanın şərqinə hərbi qüvvə yerləşdiriləcəyi təqdirdə tətbiq olunacaq. Genişləndirilmiş siyahıda prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov  var. Tanınmış jurnalistlərə gəldikdə, Mixail Leontyev,  tanınmış azərbaycanlı jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusman da bu siyahıya daxil edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi