Modern.az

Gözəlin başı bəlalı olar

Gözəlin başı bəlalı olar

14 Aprel 2014, 17:47

Son günlər informasiya vasitələrində  Rus İmperiyasının sonuncü “mogikanı”  Vladimiur Putinin dünyanın düzənini pozması haqqında  xəbərlər gündəmi zəbt etməkdədir. Təbii ki, çoxları  bu xəbərlərdən sınıb qorxuya düşür, dövlətimizin daxilində  və  çölündə olan rüspərəst qüvvələr içərisində isə sevinənlər az deyil. Ancaq sevinənlər bilsinlər ki,  donuz iyi verən tula payı Azərbaycanın  nə milli, nə də dövlət maraqlarına uyğundur.

Rəhmətlik Nüsrət Kəsəmənlinin “ Vətən”  adlı bir şeiri var idi. Hitlerə xitabən yazılmışdı:

... Elə şirinsən ki, düşmən də səni,
Süfrəyə tort kimi gətirdi Vətən.
Qatil sağlıq dedi öz ad günündə.
"Neft" deyib yanırdı o için-için.
Bu sağlığın deyil, sənin önündə...
Ayağa dürdülar baş əymək üçün.
Üstünə nə qədər başlar əyildi,
Kəsib doğradılar- çəngəl, bıçaqla.
Onların böldüyü torpaq deyildi,
Uşaq oyunuydu odla-ocaqla.

Bir Vətən sevgisi, Vətənin böyüklüyünün çəkisi, dəyəri var bu şeirdə. Bəlkə də o zaman Almaniyanın müstəmləkəsi və ya müttəfiqi  olsaydıq, Vətənimiz üçün bu daha bir başqa tale, başqa yazı olacaqdı...

Tanrı  bizim sahib olduğumuz və  indi sahib ola bilmədiyimiz Azərbaycan torpaqlarını çox bərəkətli, varlı edib. Nə veribsə bol verib, gözəl verib. Hələ bir insanlarımızın, təbii ki, qanı təmiz olanlarının gözəlliklərinə baxırsınız. Oğullarımız qara qaş, qara göz, qızlarımızın gözəlliyindən vaz keçmək olmur. Torpağımız kimi, sinəsində  doğulanlar da gözəldir. Bu varı, dövləti, gözəlliyi  vaxtilə  400 min  kvadrat kilometrdən çox ərazisi olan torpaqlarımızın başına çox bəlalar gətirdi. Hər gələn bir pay apardı, bacaranlar, öz hakimiyyətini saxlamaq üçün də hər gələnə bir pay verdilər. Nahaq yerə deməyiblər ki, gözəlin başı bəlalı olar. Hər kəs ona sahib olmaq istəyər, nəticədə, o sahib olmaq istəyənlərdən də nəzər, nəfis dəyər gözələ. Vətənimiz də göz götürməyən gözəl kimidir, bəd nəfisdən, bəd nəfəsdən sınır. Beləcə, bu günə kimi qalan  86 kvadratmetirlik ərazimizdir. Onu da didib-parçalamaq, bölmək istəyirlər, həm daxili, həm də xarici düşmənlərimiz.

Sövetlərin xeyrinə sona çatan  Almaniya- Sovet müharibəsi  Azərbaycanın “Qara qızılı” ilə hasilə gəldi. Rus şovnistləri çalışdılar ki, bu faktı həmişə kölgədə saxlasınlar, qabartmadılar. Hətta rus  şəhərlərinə  “Qəhrəman şəhər”  adı verdilər, Azərbaycanın paytaxtı Bakı unuduldu.  Müstəqil  Dövlətlər Birliyi yaranandan sonra da bu yada düşmədi. Çünki  “Qan çanağı” olan Rus İmperiyası Azərbaycanın çiçəklənməsini, inkişafını görmək istəmir və istəmirdi. 

2008-ci ildə Gürcüstanda Rusiyanın törətdiyi qırğınlara, ərazi bütövlüyünün pozulması faktına görə jurnalistin sualını cavablandıran  marionetka  Vladimir Medvedev belə orjinal bir cavab verdi: “...Müstəqil olmaq o demək deyil ki, istədiyini edəsən...”. Bütün dünyanı çaş-baş salan, dövlətlərin müstəqilliyinə xələl gətirən bir cavab. Bundan sonra  Rusiyadan və onun imperialist siyasətini yeridən rəhbərlərindən nə gözləyəsən?! Və sonda Gürcüstanın ərazi bütövlüyü pozuldu. Bu günə qədər də bərpa edə bilmədilər. Bu ərazi bütövlüyünü bərpa edə biləcək insanı - Mixail Saakaşvilini Gürcüstanın daixilində olan vətən satqınlarının əli ilə devirəndən sonra isə, bu ümid tamam söndü. Əslində  bu məqamda da Azərbaycan çox şey itirdi. Ən azı rəhbəri Maxail Saakaşvili kimi pak olan, Azərbaycan dövlətini özünə ən yaxın müttəfiq sayan, Azərbaycan Prezidenti İlham Əliyevi özünə ən yaxın dost, qardaş sayan  bir dövlət başçısının kənarlaşdırılması, həm də bir çox imkanların əldən çıxması demək idi. Çünki yeni hakimiyyət, Putinin diktəsi ilə hərəkət edəcək və edir də. Bir mehriban qonşumuzu belə sarsıtdılar.

İndi 1994-cü il, 20 sentyabra qayıdaq. Azərbaycanda  görkəmli dövlət xadimi Heydər Əliyevin başçılığı və təşəbbüsü  ilə  BTC layihəsi imzalandı. O gündən bu günə Rusiyanın yuxusu qaçdı. Necə deyərlər: “Üzdə dost, qəlbdə düşmən. Mən belə dostu neynim?!”.

Neynim- necə eliyim dilemması qarşısında qaldı rəsmi Rusiya.  Həmin ərəfədə Azərbaycana qarşı  hazırlanan terror hadisələrini də yəqin ki, unutmamışıq.  Bu gün isə BTC artıq öz  gözəl nəticələrini verməkdədir. Məhz bu layihə Azərbaycanı  Rusiyadan gələn təcavüzdən və bəlalardan  xilas etmək və qorumaq əzmindədir. Bu gün Azərbaycan Bakı -Tiflis-Ceyhan neft boru kəmərinin hesabına  təkcə bölgədə deyil, bütün dünyada  öz sözünü deyə bilir, Azərbaycanın bir dövlət kimi fikri ilə hesablaşırlar. Azərbaycanın enerji resursları və geopolitik yerləşməsi  böyük dövlətlərin enerji siyasəti marağındadır.

Son günlərdə Rusiyanın Ukraynaya qarşı etdiyi təcavüz və  oyunlardan sonra, təkcə Avropanın deyil, yaxın qonşu ölkələrin də Azrbaycana marağı artıb. Türkmənistan, Qazaxıstan artıq enerji resurslarının hərəkət trayektoriyasını Azərbaycandan keçməklə Avropaya və daha böyük bazarlara çıxarmaq haqqında müzakirələr aparırlar. Və politoloqlar , mütəxəsislər deyirlər ki, həmin ölkələr Azərbaycana üstünlük verəcəklər.  Ötən ilin təxminən elə bu aylarında  ABŞ-ın Əfqanıstandan daşınan yüklərinin də Azərbaycandan keçməsi, Rusiyaya böyük zərbə oldu.  Ötən il öz kəhkəşanda peykimizin  işləməyə başlaması, Yer planetində  çəkimizi bir az da artırdı.  Təbii ki, bütün bu baş verənlər,  “imerializm canavarının”  qəzəbinə səbəb oldu. 

Bütün bu uğurların fonunda  Rusiyanın  Qarabağda yeni  hərbi arsenalını yerləşdiriməsi Vətəni sevən və sevməyənləri narahat etməyə bilər.  Bizdə bir məsəl var: “İtə deyirlər ki, niyə hürürüsən?” Cavab verir ki,” qorxuduram”. Soruşurlar ki, “quyruğun niyə əsir?!” Cavab verir ki: “Qorxuram”. 
Bu, hər kəsə məlumdur ki,  Ermənistan  Qarabağda Rusiyanın for-postudur.  Bu gün Rusiyanın  yenidən həmin for-posta  hərbi arsenal və canlı qüvvələrini toplaması  isə əslində, Rusiyanın  qorxusu  olduğu fikrini yaradır. Ukraynaya etdiyi təcavüzdən sonra, dünyanın gözündən düşən, artıq onlarla sanksiyalar tətbiq edilən,  beynəlxalq təşkilatlarda  üzvlükdən edilən Rusiya bu  inadı ilə uzağa gedə bilməyəcək. Hər zaman  böyük hərbi potensialı olan Ukrayna isə ola bilsin ki, Rusiyanı Krıma buraxmaqla hərbi jest və taktika işlətdi. Ağıllı ordu sərkərdəsi əvvəlcə düşməni içəriyə gətirib, sonra darmadağın edir.

Bu gün bütün ətrafımız düşmənlə doludur. Türkiyədən gələn xıbərlərdə deyilir ki, rəsmi Türkiyə TANAP layihəsini əngəlləmək istəyir. Bu nə ya arkadaşım?!     Görəsən doğurdanmı, qardaş dediyimiz  rəsmi Türkiyə özünün iç davasını   Azərbaycana gətirməklə,  dövlət maraqlarını deyil,  şəxsi maraqlarını  güdür?!  İran  Ermənistanla dostluq edir, onlar üçün məktəblər, mədəniyyət  evləri açmaqdan usanmır. Hələ bir  Ermənistanın yaşaması, Azərbaycana qarşı güclənməsi üçün Su Elektrik Stansiyası da tikir.
Rusiya Dağıstandakı xüsusi qrupları vasitəsi ilə azərbaycanlılara qarşı həmlələr hazırlayır, hər vəchlə tarixi  Azərbaycan torpaqlarının orada yaşayan həmyerlilərimizə  məxsus olmadığını sübut etmək istəyir. Ləzgi-azərbaycanlı savaşı açmağa  çalışıtrkən, suyu bulandırır.

Bütün bu baş verənlərin fonunda isə Azərbaycanı sevənlərdən, onun təəssübünü çəkənlərdən ricam budur ki, Vətənimizin bu ağır günlərində düşmənə imkan verməyək. Biz ağır günlərdə, Vətənimiz təhlükədə olanda hər zaman birləşməyi bacarmışıq. Biz  müstəqillik üçün qanlar töküb, canlar vermişik.  Vətənin hər güşəsində şəhid qəbirlərimiz var.  Ehtiyatlı olsaq, şərqdən, qərbdən, lap elə  neftimizin işığından yanıb kül olan Rusiyadan  gələn bütün həmlələrə,  dezinformasiyalara qarşı ayıq –sayıq olsaq, bundan həm vətəndaş kimi, həm də Azərbaycan kimi udarıq.  İçərimizdə və çölümüzdə sevinən belə varsa, bir həqiqəti unutmasın ki, Azərbaycanın Ali Baş komandanı İlham Əliyevin xarici siyasəti balanslaşdırılmış bir siyasətdir. Bu gün dünya Azərbaycanı qorumaq məcburiyyətindədir. Rus tankları bir gün  gəldikləri kimi də gedəcəklər. Ən azı bu taleni özünə  Volodya  öz əlləri və əməlləri ilə yazdı. Rusların belə bir atalar sözü var: “Slışal zvon, ne znaet, otkuda on”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi