Modern.az

MTN-dən Elnur Aslanovun dindirilməsi ilə bağlı AÇIQLAMA

MTN-dən Elnur Aslanovun dindirilməsi ilə bağlı AÇIQLAMA

15 Aprel 2014, 16:13

Milli Təhlükəsizlik Nazirliyi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun bu qurumda dindirilməsi ilə bağlı KİV-də yayılmış məlumatlara aydınlıq gətirib. Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Modern.az saytına açıqlamasında  bununla bağlı onlarda hər hansı məlumatın olmadığını deyib. 

“Elnur Aslanovun MTN-də 6 saat dindirilməsi ilə bağlı MTN-nin İctimai əlaqələr mərkəzinə hər hansı məlumat daxil olmayıb” -deyə A.Babayev vurğulayıb.

Qeyd edək ki, bu gün mətbuatda Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilmiş Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində “nurçuluq” təriqəti ilə bağlı 6 saat ərzində dindirildiyi barədə informasiyalar yer alıb.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi