Modern.az

Novruz Məmmədov yeni vəzifəyə gətiriləcəyi xəbərini TƏKZİB etdi

Novruz Məmmədov yeni vəzifəyə gətiriləcəyi xəbərini TƏKZİB  etdi

15 Aprel 2014, 17:07


Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Naxçıvan Ali Məclisinə sədr olacağı ilə bağlı iddialara cavab verib. Modern.az xəbər verir ki, PA rəsmisi özünün twitter səhifəsində bu barədə qeyd edib. O bildirib ki, mətbuatın onun haqqında yazdıqları cəfəngdir. “Yeni Müsavat belə cəfəng fikirlərilə özünü tamam gözdən salıb. Kimsə “çox yüksək peşəkarlıq” nümayiş etdirir”-deyə N. Məmmədov bildirib.  

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti bu günkü sayında “Vasif Talıbov vəzifədən getmək qərarı verib” başlıqlı məqalə yazıb. Yazıda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yaxın vaxtlarda vəzifəsindən gedəcəyi haqda məlumatlar öz əksini tapıb. Məlumata görə Naxçıvan Ali Məclisinin rəhbəri postuna Prezident Administrasiyası rəhbərinin 4 müavinindən biri- Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və ya Vahid Əliyev gətirilə bilər.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi