Modern.az

Daşqınlar yarım milyard manat ziyan vurub

Daşqınlar yarım milyard manat ziyan vurub

Ölkə

9 İyun 2010, 15:50
Vüqar Bayramov: “Zərərin Dövlət Neft Fondunun  vəsaitləri hesabına qarşılanması məqsədə uyğun deyil”

Kür və Araz çaylarında baş verən daşqınların fəsadlarının hansı maliyyə mənbələri hesabına aradan qaldırılacağı hələ də açıqlanmayıb. İlkin rəylərə görə, ziyan büdcədən ayırmalarla  qarşılanacaq. Belə ki, maliyyə naziri Samir Şərifov bu günlərdə mətbuata iyun ayında büdcəyə əlavə və dəyişiklik ediləcəyini söyləyib. Yəni  dəfələrlə büdcəyə dəyişiklik etməyəcəyini söyləyən hökümətin fikrini dəyişməsinə fəlakət  səbəb olub. Bu məqsədlə Neft Fondundan 2010-cu ilin büdcəsinə transfertlərin həcminin 400 milyon manat artırılması  gözlənilir. Onu da bildirək ki, indiyə qədər dəymiş ziyanla bağlı dəqiq məlumat verilməyib.

İqitsadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, daşqınlar  davam etdiyi və bunun nəticəsində yaranan itkilər tamamlanmadığı üçün indiki halda ziyanı tam olaraq qiymətləndirmək mümkün deyil: “Lakin ilkin hesablamalara əsasən ölkə iqtisadiyyatına dəymiş  ziyan kifayət qədər böyükdür..Nəzərə alsaq daşqınlar nəticəsində bəndlər dağılıb, eləcə də  ev, fermer təsərrüfatlarına,  iqtisadiyyatın diğər subyektlərinə  ziyan dəyib,  bu ziyanın həcminin yarımmilyard manat olduğu guman  edilir  Yerigəlmişkən, yarımmilyard manata son olaraq bu sektorlara yönələn investisiyaların daşqınlar nəticəsində məvh olması və digər ziyanlar daxildir”.  

Mütəxəssis hesab edir ki, Dövlət Neft Fondundan bu istiqamətə vəsaitlərin ayrılması məqsədə uyğun deyil:”Neft Fondunun vəsaitlərinin  sosial və ya infrastruktur olmayan layihələrə xərclənməsi həmin vəsaitlərin xərclənməsindən əldə ediləın gəlirin azalmasına gətirib çıxarır. O baxımdan fonddan 400 milyon manat ayrılması neft vəsaitlərinin qısa müddətdə xərclənməsi tendensiyasını davam etdirə bilər. Eyni zamanda bu neft pullarının səmərəli xərclənməsinə imkan yaratmır. Başqa tərəfdən Neft Fondundan vəsaitin ayrılması arzuolunmaz ənənənin  yaranmasına gətirib çıxara bilər”.    

2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin planlaşdırıldığını söyləyən ekspert hesab edir ki,  daşqının  aradan qaldırılması istiqamətində büdcədən vəsaitin ayrılması daha məqsədəuyğundur: “Birinci rübün yekunlarına əsasən büdcənin ngəlirlər hissəsində profsit var.Bu büdcəyə dəyişiklikləri məqbul edir. Əlavə və dəyişikliklərdən sonra bu istiqamətə vəsait ayrılması daha arzuolunanadır”.  

V.Bayramov deyir ki,  daşqınlar nəticəsində ziyan görmüş təsərrüfatların qurulması deyil, torpağın  təmizlənməsi, yararlı vəziyyətə gətirilməsi üçün  vəsaitin ayrılması vacibdir.


Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI