Modern.az

Azərbaycanda büdcəyə dəyişiklik edilə bilər - AÇIQLAMA

Azərbaycanda büdcəyə dəyişiklik edilə bilər - AÇIQLAMA

28 Aprel 2014, 14:07

Son günlər dünya bazarında neftin qiymətində olan dəyişikliklər Azərbaycanda dövlət büdcəsinə yenidən baxılmasına gətirib çıxara bilər. Qeyd edək ki, bir neçə ildir ki, bizdə hər il may ayında dövlət büdcəsinə yenidən baxılaraq müəyyən dəyişikliklər edilir

Bu il də büdcədə müəyyən dəyişikliklərin ediləcəyi deyilir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Modern.az-a bildirib ki, büdcədə dəyişiklik neftin qiymətindən asılıdır. Dünya bazarında neftin qiymətində bahalaşma olduğunu deyən deputatın sözlərinə görə, məhz bu səbəbdən büdcədə dəyişiklik ola bilər: “Büdcəyə hansısa əlavə vəsait daxil olanda və ya vəsait çatışmayanda dəyişiklik edirik. Dəyişiklik əsasən neftin qiyməti ilə bağlı olur. Neftin qiyməti isə 100 dollar təsdiq etdiyimizə görə, elə bir dəyişiklik olmamalıdır. Düzdür son günlər neftin qiyməti dünya bazarında təxminən 110 dollara yaxınlaşıb. Amma büdcəyə əlavə dəyişiklik olsa, sənədlər Milli Məclisə daxil olcaq. Hələ ki, Milli Məclisə bununla bağlı hər hansı bir sənəd daxil olmayıb. Büdcəyə dəyişiklik ola da bilər, olmaya da. Keçən il büdcədə neftin qiymətini 80 dollar götürmüşdük. Amma neftin qiyməti 110 dollara qalxdı. O zaman ciddi dəyişiklik idi. İndi isə elə bir ciddi dəyişiklik yoxdur. Odur ki, nefti qiymətində müəyyən artım olsa, mümkündür ki, büdcədə dəyişiklik olsun”

 

  Gültəkin ƏLƏSGƏR  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi