Modern.az

Həmsədr rəsmi Bakının əleyhinə ÇIXDI: Uorlikdən “xalq diplomatiyasına” dəstək

Həmsədr rəsmi Bakının əleyhinə ÇIXDI: Uorlikdən “xalq diplomatiyasına” dəstək

Ölkə

29 Aprel 2014, 11:02

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “xalq diplomatiyası”nın önəminə diqqət çəkib.

Modern.az xəbər verir ki, C. Uorlik özünün twitter səhifəsində bu barədə qeydlər edib. “ABŞ Azərbaycan və Ermənistan xalqları arasında etimad və qarşılıqlı anlaşmanın qurulması üçün proqramı dəstəkləyir”,-deyə həmsədr bildirib.

Qeyd edək ki, “xalq diplomatiyası” ilə bağlı birmənalı fikirlər səslənmir və son zamanlar bu addım daha çox tənqid edilir.Xarici işlər nazirinin müavini Araz Əzimov da açıqlamasında "xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynamadığını bildirib.

 

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...