Modern.az

Aprelin 27-də keçirilmiş sınaq imtahanlarının cavabları açıqlandı

Aprelin 27-də keçirilmiş sınaq imtahanlarının cavabları açıqlandı

Ölkə

30 Aprel 2014, 12:50

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)  ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Abituriyentlər nəticələrlə TQDK-nın internet saytı vasitəsilə (//eservices.tqdk.gov.az/netsinaq/) və 7727 nömrəsinə SMS göndərməklə tanış ola bilərlər.

Qeyd edək ki, TQDK ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və
Şabran şəhərlərində ümumilikdə 68 binada sınaq imtahanları keçirib.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48293 abituriyent qeydiyyatdan keçib.

 

Misranə Həsənzadə

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...