Modern.az

Müəllimlərin imtahanının cavabı AÇIQLANDI

Müəllimlərin imtahanının cavabı AÇIQLANDI

20 İyun 2014, 12:00


10 - 13 iyun 2014-cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az saytına verilən məlumata görə, nəticələrlə idarənin saytında (//bakuedu.gov.az/az/news/199) tanış olmaq mümkündür. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə edə bilərsiniz.

Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.

Qeyd edək ki, yuxarıdakı məlumatları şəxsi “Buraxılış vərəqi”nizdən əldə edə bilərsiniz. Üç dəfədən artıq yalnış məlumat daxil etdiyiniz halda nəticələrə giriş bağlanır.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb. 4 gün davam edən Sınaq Qiymətləndirilməsində Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) iştirak edib.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi