Modern.az

Ayaz Mütəllibov kommunistlərə “yox” dedi: “Siyasətlə məşğul olmaq cavanların işidir” - AÇIQLAMA

Ayaz Mütəllibov kommunistlərə “yox” dedi: “Siyasətlə məşğul olmaq cavanların işidir” - AÇIQLAMA

10 İyul 2014, 13:53


“Mənim nəinki Kommunist Partiyası ilə, hətta başqa partiyalarla da əməkdaşlıq etmək fikrim yoxdur”. Bunu Modern.az saytına eks-prezident Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının səsləndirdiyi əməkdaşlıq təklifinə münasibət bildirərkən deyib:

“Ola bilər ki, hansısa siyasi partiyanın lideri məni öz sıralarında görmək istəsin. Bu, onların fikridir.  Mənim fikirlərimə gəlincə, siyasətdə sözümü nə dərəcədə demişəm, yaxud deməmişəm, bu artıq tarixə yazılıb. Siyasətlə məşğul olmaq, siyasi partiyalarla əməkdaşlıq etmək cavanların işidir. Qoy, cavanlar işləsin”.

Qeyd edək ki, Kommunist Partiyasının lideri Rauf Qurbanov gələcəkdə keçmiş prezident Ayaz Mütəllibovun siyasətə qayıdacağı təqdirdə, onunla əməkdaşlıq etməyə hazır olduqlarını deyib.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi